Finlandiya prezidenti Aleksandr Stubb Kiyevdə təhlükəsizlik sahəsində əməkdaşlıq və Ukraynaya uzunmüddətli dəstək haqqında saziş imzalayıb.
“Füyuzat”ın məlumatına görə, saziş Stubb və Ukrayna prezidenti Volodimr Zelenski arasında keçirilən görüşdən sonra imzalanıb.
Sənəd 10 il müddətində qüvvədədir və müxtəlif sektorları, o cümlədən siyasi dəstək, Ukraynanın müdafiəsi, islahatları və yenidən qurulmasına dəstəyi əhatə edir.
Qeyd edək ki, Finlandiya Ukrayna ilə ikitərəfli təhlükəsizlik sazişi imzalayan səkkizinci ölkədir.