Xəbərlər

Finlandiya Ukraynaya daha bir hərbi yardım paketi hazırlayır

Finlandiya hökuməti Ukraynaya növbəti, 30-cu hərbi yardım paketini hazırlayır.

“Füyuzat”ın məlumatına görə, bu barədə respublikanın Baş naziri Petteri Orpo Helsinkidə Avropa İttifaqı Şurasının prezidenti Antonio Kosta ilə birgə mətbuat konfransında bildirib.

“Biz artıq Ukraynaya 29 hərbi yardım paketi ayırmışıq. Hazırda isə daha bir paket hazırlayırıq”, – o deyib.

Finlandiyanın Baş naziri hökumətin dövlət büdcəsini 1 milyard avro azaltmaq planları fonunda Ukraynaya yeni hərbi yardım paketini açıqlayıb.

Finlandiya 2022-ci ildən bəri Kiyevə 3,3 milyard avro dəyərində silah və digər hərbi texnika göndərib.