“Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında aparılan müzakirələrdə Yaxın Şərq üstünlük təşkil edib, Ukrayna isə kölgədə qalıb”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen “Helsingin Sanomat” qəzetinə müsahibəsində bildirib.
“Bir neçə həftə əvvəl Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasında aparılan müzakirələrdə Yaxın Şərqdəki problemlər dominantlıq təşkil edirdi. Finlandiya və digər Avropa xarici işlər nazirlərinin qarşısında duran problem dünyanın diqqətini Ukraynaya yönəltməyə çalışmaqdır. Biz Ukrayna haqqında danışmasaq, başqa heç kim danışmaz. Axı bu, bizim müharibəmizdir”, – Valtonen qeyd edib.