Qədim Misir tarixinin ən güclü və sirli hökmdarlarından biri olan qadın firon Hatşepsutun heykəlləri ilə bağlı 100 illik sirr, nəhayət, açılıb.
“Füyuzat” Daha.aza istinad edərək xəbər verir ki, e.ə. 1479–1458-ci illərdə yaşamış Hatşepsut Qədim Misirin 18-ci sülaləsindəndir və tarixdəki iki qadın firondan biri kimi tanınır.
Ölümündən sonra onun heykəllərinin yarasız hala salınmağı uzun illər boyunca qardaşı oğlu III. Thutmose tərəfindən tarixdən silinmək cəhdi kimi yozulmuşdu.
Ancaq Toronto Universitetinin misirşünası Jun Yi Wonqun araşdırmasına görə səbəb həmin dövrün dini ənənələri imiş.
Heykəllərin üzlərinin zədələnməməsi, üstündəki yazıların silinməməsi müdaxilənin şəxsi intiqam deyil, dini keçid, bağlanış mərasimi, yaxud ritual kimi həyata keçirildiyini təsdiqləyir.



