Xəbərlər

Fransa: Aİ-nin yeni sanksiyaları Rusiyanın enerji sektoruna təsir edəcək

“Avropa İttifaqının (Aİ) növbəti anti-Rusiya sanksiyalar paketi Rusiyanın enerji sektoruna təsir edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barrot “France Info” telekanalında bildirib.

Onun sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər Rusiyaya sanksiyalardan yayınmağa kömək edən bir sıra ölkələrin müəssisələrinə də təsir edəcək.

Daha əvvəl Avropa Komissiyasının sözçüsü Paula Pinyo bildirib ki, enerji sektorunda Moskvaya qarşı sanksiyaların tətbiqi Brüsselin Rusiya resurslarından asılılıqdan qurtulmaq strategiyasına uyğundur.