Xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırıb

Paris Fransanın Azərbaycandakı səfirini məsləhətləşmələr məqsədilə geri çağırdığını bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında qeyd olunub.

Fransa XİN bildirib ki, buna səbəb “Azərbaycanın iki ölkə arasında münasibətlərə xələl gətirən birtərəfli hərəkətləridir”.

Qeyd edək ki, aprelin 16-da Fransa prezidenti Emmanuel Makron səfir Ann Buayonu qəbul edib.