“Rusiya Fransa üçün əsas təhlükədir”.
“Füyuzat”ın məlumatına görə, bunu Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Tyeri Burkar deyib.
“Bu, demək olar ki, hər cəhətdən təhlükədir. Bu, davamlı, yaxın və mənim fikrimcə, miqyasına görə ən əhəmiyyətli təhlükədir. Əvvəla, Rusiya həm adi, həm də nüvə silahları baxımından əsl hərbi gücdür”, – Burkar qeyd edib.
O eyni zamanda əlavə edib: “Fransa coğrafi mövqeyinə və nüvə silahına malik olmasına görə təhlükə altında olan ölkə deyil”.
O, həmçinin “Rusiya ilə hərbi məsələlərdə əlaqə saxlamağın zəruriliyini” etiraf edib. Bununla belə, onun sözlərinə görə, “belə təmaslar texniki səviyyədə həyata keçirilir və bu, gərginliyi azaltmaq üçün kifayət etmir”.