Xəbərlər

Fransa BMT Təhlükəsizlik Şurasında islahatlar aparmağa çağırıb

Fransanın xarici işlər naziri Jan-Noel Barrot BMT-də islahatların aparılmasının zəruriliyindən danışıb.

“Füyuzat”ın məlumatına görə görə, o bu barədə “France Info” radiosunda bildirib.

“Fransa Braziliya, Hindistan, həmçinin Yaponiya, Almaniya və Cənubi Afrikanın BMT Təhlükəsizlik Şurasında daha yaxşı təmsil olunması üçün BMT-də islahatların aparılmasının tərəfdarıdır”, – Barrot qeyd edib.

Onun sözlərinə görə, bu addım BMT-nin qəbul etdiyi qərarları “daha ​​qanuni” edəcək.