Fransa Livandakı vəziyyətlə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını təklif edib.
“Füyuzat”ın məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro BMT-nin mənzil-qərargahında Gələcək Sammitində çıxışında deyib.
“Fransa bir daha tərəfləri və onları dəstəkləyənləri bölgədə gərginliyi azaltmağa və hamı üçün dağıdıcı olacaq regional münaqişədən qaçmağa çağırır”, – nazir bildirib.