Fransa heç bir izahat vermədən İranın “AirTour” aviaşirkətinin yanvarın 31-də Parisə uçması üçün icazəsini ləğv edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə şirkətin direktoru Seyid Razi Musəvi məlumat verib.
“Fransanın aviasiya tənzimləyicisi heç bir izahat vermədən “AirTour”un Parisə uçuşunu ləğv edib. Aviaşirkətin rəhbərləri hazırda Fransa tərəfi ilə danışıqlar aparır, “AirTour”un özəl şirkət olduğunu və siyasətlə heç bir əlaqəsinin olmadığını bildirirlər”, – məlumatda bildirilib.