“Fransa terrora qarşı birgə mübarizə aparmaq üçün Rusiya ilə qarşılıqlı əlaqəni zəruri hesab edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Fransa Xarici Kəşfiyyatının direktoru Nikolas Lerner “Le Point” jurnalına müsahibəsində deyib.
“Dövlət başçıları və ya diplomatik şəbəkələr arasında münasibətlər pisləşdikdə, məxfilik prinsipinə riayət etməklə kəşfiyyat xidməti xətti daim fəaliyyət göstərməlidir. Bu, terrorizmlə mübarizədə ölkələrin qarşılıqlı fəaliyyətinin etimad mühitində davam etməsi üçün lazımdır”, – Lerner əlavə edib.