“Ukraynadakı münaqişə döyüş meydanında həll olunmayacaq. Qərbdə heç kim qarşıdurma zamanı tərəflərdən birinin məğlub olacağına inanmır”.
“Füyuzat”ın məlumatına görə, bunu Fransa Xarici Kəşfiyyatının direktoru Nikolas Lerner “Le Point” jurnalına müsahibəsində deyib.
“Mən iki şeyə əminəm. Birincisi, bu müharibədə heç kim döyüş meydanında qalib gəlməyəcək. Taktiki baxımdan münaqişənin dinamikası nə olursa olsun, heç kim iki dövlətdən birinin hərbi məğlubiyyətə uğrayacağını gözləmir. Ukraynadakı münaqişə uzunmüddətli perspektivdə Ukraynanın ərazi bütövlüyünü təmin etməli olan danışıqlarla yekunlaşacaq. Avropa danışıqlarda iştirak etməli və Avropa İttifaqı (Aİ) dövlətlərinin təhlükəsizlik zəmanətləri məsələsi bu danışıqların formatından asılı olmayaraq nizamlanma prosesinin mərkəzində olmalıdır”, – Lerner əlavə edib.