Xəbərlər

Fransa Livana dəstək konfransı keçirəcək

Fransa Prezidenti Emmanuel Makron İsraildən Livana hücumları dayandırmağı tələb edib və Fransa tərəfinin tezliklə Livan xalqına dəstək konfransı təşkil edəcəyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa liderinin mətbuat xidməti məlumat yayıb.

“Respublika Prezidenti Fransanın Livanın maraqları naminə hərəkət etmək əzmində olduğunu və İsraildən hərbi əməliyyatları mümkün qədər tez dayandırmağı tələb edib. O həmçinin qeyd edib ki, bu kritik anda Fransa tezliklə Livan xalqına və onların qurumlarına dəstək konfransı təşkil edəcək”, – məlumatda qeyd olunub.