Xəbərlər

Fransa Milli Məclisi hökumətə etimadsızlıq haqqında qətnamə qəbul edib

Fransa Milli Assambleyası (parlamentin aşağı palatası) Mişel Barnier hökumətinə etimadsızlıq haqqında qətnamənin lehinə səs verib.

“Füyuzat”ın məlumatına görə, qərar qanunverici orqanın saytında yayımlanıb.

Nazirlər Kabinetinə etimadsızlıq səsverməsini 331 deputat dəstəkləyib. Milli Assambleyanın sədri Yael Bron-Pivet qərarla bağlı deyib: “Fransa Konstitusiyasına uyğun olaraq, Mişel Barnier istefa ərizəsini respublika prezidentinə təqdim etməli olacaq”.

Etimadsızlıq səsverməsinin elan edilməsi üçün 577 deputatdan azı 289-nun səsi lazım idi.

Əvvəllər Barnierin kabineti Fransa Konstitusiyasının 49.3-cü maddəsindən istifadə edərək dövlət büdcəsinin sosial hissəsini parlamentdə səsvermə olmadan qəbul edib. Hökumətin bu qərarına cavab olaraq solçu Yeni Xalq Cəbhəsi və sağçı Milli Mitinq Nazirlər Kabinetinə etimadsızlıq səsverməsi ilə bağlı qərar layihələrini təqdim edib. İlk olaraq solçuların qətnaməsi səsverməyə çıxarılıb. Deputatlar bunu qəbul etdiyindən sağçıların təklifi səsə qoyulmayıb.

Tarixdə ikinci dəfə
Siyasi əsasları keçən əsrin ortalarında general Şarl de Qoll tərəfindən formalaşdırılan Beşinci Respublikanın bütün dövründə yalnız bir etimadsızlıq səsverməsi hökumətin istefasına səbəb olub.