Xəbərlər

Fransa: Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlanır

Fransa Xarici İşlər Nazirliyi (XİN) Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı növbəti sanksiyalar paketi üçün yeni məhdudlaşdırıcı tədbirlərlə bağlı təkliflər hazırlamağa başlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot bildirib.

“Biz Avropa İttifaqı (Aİ) ilə birlikdə Rusiyanı atəşi dayandırmağa məcbur etmək üçün böyük sanksiyalar paketi qəbul etdik. Və biz daha da irəli gedəcəyik, çünki mən artıq komandalarımdan Rusiyanı buna məcbur etmək üçün yeni, daha sərt sanksiyalar paketi hazırlamağı xahiş etmişəm”, – o əlavə edib.