“Ukraynanın NATO-ya daxil olması məsələsi Amerikada yeni formalaşacaq administrasiyadan asılı olacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fransanın Silahlı Qüvvələr naziri Sebastien Lekornu “La Tribune Dimanche” qəzetinə müsahibəsində deyib.
“Hər şey Ağ Evdə formalaşacaq yeni administrasiyadan asılıdır. Fransa, prinsipcə, Ukraynanın NATO-ya daxil olmasına qarşı deyil”, – departament rəhbəri bildirib.