Xəbərlər

Fransa Ukraynaya yüzlərlə zirehli texnika göndərəcək

Fransanın müdafiə naziri Sebastiyan Lekorno ölkəsinin 2025-ci ilin əvvəlinə qədər “yeni hərbi yardım paketi” çərçivəsində Ukraynaya yüzlərlə ikinci əl zirehli maşın göndərəcəyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Sebastien Lekorno “La Tribune” qəzetinə açıqlama verib.

Fransa ordusunun 40 ildən çox istifadədə olan VAB zirehli maşınlarını yeni nəsil maşınlarla əvəz etdiyini qeyd edən Lekorno hələ də işlək vəziyyətdə olan köhnə zirehli maşınların və Aster tipli raketlərin Ukraynaya göndəriləcəyini bildirib.

“Ukraynanın Rusiyaya qarşı hava hücumundan müdafiəsi ilə bağlı fövqəladə vəziyyət var”, – Lekorno əlavə edib.