Fransa Silahlı Qüvvələri çərşənbə axşamı SAMP-T/NG (Next Generation) hava hücumundan müdafiə sistemi üçün yeni “Aster” raketinin ilk sınağını keçirəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa Silahlı Qüvvələrinin naziri Sebastyan Lekornu məlumat verib.
“Bu səhər Biskarosda biz SAMP-T/NG sistemi ilə təchiz olunacaq perspektivli “Aster” raketinin ilk sınaq buraxılışını həyata keçirəcəyik”, – o bildirib.