“Fransanın xüsusi xidmət orqanları respublika ərazisində planlaşdırılan 9 terror aktının qarşısını alıb. Bu, 2017-ci ildən bəri rekord göstəricidir”.
“Füyuzat”ın məlumatına görə, bunu Fransanın daxili işlər naziri Bruno Retaillo deyib.
“2024-cü ildə bizim təhlükəsizlik xidmətlərimiz ən azı doqquz terror aktının qarşısını aldı, bunlardan üçü birbaşa Olimpiya Oyunları zamanı planlaşdırılmışdı”, – nazir əlavə edib.