Xəbərlər

Fransada keçirilən etiraz aksiyalarında 10 minə yaxın insan iştirak edib

Cümə axşamı səhər 10 minə yaxın etirazçı hökumətin təklif etdiyi qənaət tədbirlərinə qarşı etirazlarda iştirak etmək üçün Fransa şəhərlərində küçələrə çıxıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə daxili işlər naziri Bruno Retaillo brifinqdə bildirib.

“Saat 10:00-a (Bakı vaxtı ilə 12:00) olan məlumata görə, 230 etiraz aksiyası keçirilib, aksiyalarda 10 min nümayişçi iştirak edib”, – Retaillo deyib.

O qeyd edib ki, 100-ə yaxın şəxs saxlanılıb.

Sentyabrın 18-də Fransada hökumətin təklif etdiyi qənaət tədbirlərinə etiraz olaraq ümummilli etirazlar keçirilir. Hakimiyyət ölkə daxilində nümayişlərə təxminən 900 min insanın qatılacağını gözləyir. Daxili İşlər Nazirliyi asayişi qorumaq üçün 80 mindən çox polis və jandarm, həmçinin zirehli texnika və pilotsuz təyyarələr yerləşdirib.