Xəbərlər

Fransada məscidə hücum təşkil edilib

Oktyabrın 29-da Fransanın şimalındakı Amiens şəhərinin Viktorina Otier küçəsində yerləşən Assounna məscidinin qapısı irqçilər tərəfindən yandırılıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Fransa mətbuatı məlumat yayıb.

Qeyd edək ki, müsəlman icmasının nümayəndəsi Bilel Furtado səhər namazı üçün məscidə gələnlərin tüstü iyi gələn yanğını gördüklərini və orada yanan alətlərin olduğunu bildirərək bunun qəsdən törədilmiş hücum olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.