Xəbərlər

Fransanın xarici işlər naziri Ukraynaya səfər edəcək

Fransanın xarici işlər naziri Jan-Noel Barrot bu həftə sonu Ukraynaya səfər etmək niyyətindədir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Barrot “Fransa info”ya müsahibəsində deyib.

“Fransanın səsinin eşidilməsi üçün Ukraynaya səfər etməyi planlaşdırıram. Bir daha demək istəyirəm ki, Fransa Ukraynanı dəstəkləməyə davam etmək niyyətindədir”, – Barrot qeyd edib.

Öz növbəsində, “Agence France-Presse” diplomatik departamentdəki mənbələrə istinadən səfərin gələn həftəsonuna planlaşdırıldığını bildirib.