“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Qrenlandiya ərazisinə dair iddialarından əl çəkməyib və Danimarkanı ticarət müharibəsi ilə hədələməkdə davam edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Danimarkanın Baş naziri Mette Frederiksen yanvarın 15-də baş tutan Donald Tramp ilə telefon danışığından sonra məlumat verib.
“Tramp çərşənbə günü keçirdiyimiz telefon danışığı zamanı Qrenlandiyaya nəzarəti ələ keçirmək üçün iqtisadi məcburiyyətdən istifadə etməklə hədələdi. Biz Trampla ticarət müharibəsi istəmirik, lakin Danimarka iqtisadiyyatı buna hazırlaşır” , – deyə o bildirib.