Xəbərlər

FT: Aİ ABŞ-ın iştirakı olmadan Ukraynaya 40 milyard avro kredit verməyə hazırdır

“ABŞ-la birgə yardım planı əsas plan olaraq qalsa da, ilin sonuna qədər Ukraynaya Avropa İttıfaqından (Aİ) 40 milyard avroluq kreditin verilməsi variantı nəzərdən keçirilir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.

Ehtimal olunur ki, 40 milyard avroluq kredit mövcud yardımın genişləndirilməsi hesab olunacaq.

Məlumata görə, Macarıstan nümayəndəsi Aİ-nin Brüsseldəki səfirlərinə məsələnin ABŞ seçkilərindən sonra həll edilməli olduğunu deyib. Budapeştin qərara veto qoya biləcəyinə görə, Brüssel alternativ axtarır. Buna görə də qərar qəbul etmək üçün yekdil səs deyil, Aİ-yə üzv dövlətlərin səs çoxluğu tələb olunacaq.