“Avropa İttifaqı (Aİ) ölkələrinin orduları uzaqmənzilli raketlərin çatışmazlığı ilə üzləşir və bu, NATO-nun Avropadakı müdafiə qabiliyyətinə təhlükə yaradır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) rəsmilərə istinadən məlumat yayıb.
“Aİ ölkələri hərbi logistika baxımından da böyük problemlərlə üzləşib. Vahid hava hücumundan müdafiə sistemini təmin edə bilmirlər. Aİ uzaqmənzilli raketlər və digər kritik silah sistemləri sahəsində ABŞ-dan çox asılıdır. ABŞ prezidenti Donald Trampın dövründə ABŞ-ın NATO ilə bağlı siyasəti dəyişərsə, Avropa müdafiə potensialını itirmək riski ilə üzləşəcək”, – məlumatda bildirilib.



