Xəbərlər

FT: Avropa liderləri Ukraynada qoşun yerləşdirilməsini müzakirə edəcəklər

“Avropa liderlərinin fevralın 17-də Parisdə keçiriləcək görüşündə əsas diqqəti Ukraynada atəşkəs xəttindən kənarda dəstək rolunu oynayacaq qoşunların mümkün yerləşdirilməsi olacaq”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) qəzeti rəsmi şəxslərə istinadən məlumat yayıb.

“Avropa İttifaqına (Aİ) üzv ölkələrin liderləri fevralın 17-də Parisdə “ABŞ-ın gələcəkdə iştirak edib-etməməsindən” asılı olmayaraq, Avropanın müdafiə qabiliyyətini təmin etmək üçün konkret planları müzakirə edəcəklər. Aİ ABŞ və Rusiyanın Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üzrə danışıqlara başlamasından sonra tez bir zamanda öz cavab tədbirlərini hazırlamağa çalışır”, – məlumatda bildirilib.