“Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) dünyada ilk dəfə olaraq süni intellektdən (AI) yeni qanun layihələri hazırlamaq, habelə mövcud qanunlara yenidən baxıb düzəlişlər etmək üçün istifadə etməyi planlaşdırır”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) məlumat yayıb.
“Süni intellektlə işləyən yeni qanunvericilik sistemi qanunların qəbulu üsulumuzu dəyişərək prosesi daha sürətli və dəqiq edəcək”, – nəşr Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş naziri və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumdan sitat gətirib.



