İsrail Müdafiə Qüvvələri keçən həftə BMT-nin öz hesabatında bu ölkəni münaqişə zonalarında uşaqlara zərər verənlər siyahısına saldıqdan sonra İsrail hakimiyyəti ölkə ərazisində və Fələstində fəaliyyət göstərən BMT agentliklərinə məhdudiyyətlərin qoyulmasını nəzərdən keçirir.
“Füyuzat”ın məlumatına görə, bu barədə Britaniyanın “Financial Times” (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
İsrail rəhbərliyinin mümkün addımları arasında BMT əməkdaşları üçün vizaların müddətinin uzadılmasından imtina, yüksək rütbəli məmurların boykot edilməsi və hələ 1948-ci ildə yaradılmış BMT-nin Atəş Nəzarəti Orqanı da daxil olmaqla ölkədəki bütün missiyaların dayandırılması var.
“Bundan əlavə, müzakirə olunan məhdudiyyətlər dünya təşkilatının Yaxın Şərq sülh prosesi üzrə xüsusi koordinatoru Thor Wennesland-ın fəaliyyətinə təsir göstərə bilər”, – nəşr əlavə edib.
FT iyunun 9-da İsrail hökumətinin iclasında BMT-yə qarşı cavab tədbirlərinin görülməsi məsələsinin qaldırıldığını vurğulayıb. Üstəlik, ertəsi gün bu müzakirə İsrailin Milli Təhlükəsizlik Şurasında da müzakirə edilib. Qəzet hələlik son qərarın verilmədiyini bildirib.