“İsrail İranın kütləvi raket hücumuna cavab verəcəyini elan edib və onun iqtisadiyyatına maksimum zərər vurmağa çalışacaq”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) rəsmilərə istinadən məlumat yayıb.
“İranın hücumunun miqyasını nəzərə alaraq, Təl-Əvivin İran hədəflərinə birbaşa zərbə ilə cavab verəcəyi gözlənilir. Əsas hədəflər kimi neft infrastrukturu obyektləri nəzərdə tutulur”, – məlumatda bildirilib.