2018-ci ildə ABŞ prezidenti olmuş respublikaçı Donald Tramp ölkəni NATO-dan çıxaracağı ilə hədələyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Financial Times” (FT) sammit iştirakçıları arasında olan mənbələrə istinadən məlumat yayıb.
Onların sözlərinə görə, bu hadisə “ittifaq tarixində dönüş nöqtəsi” olub. Belə ki, Tramp müttəfiqləri ABŞ-a qarşı ədalətsiz olmaqda ittiham edib və bildirib ki, əgər NATO ölkələrinin hamısı müdafiə xərclərini artırmasa, Birləşmiş Ştatlar Şimali Atlantika Alyansını tərk edəcək.
“2019-cu il, yanvarın 1-dək bütün NATO ölkələri müdafiə xərclərini artıracağına söz verməlidir. Yoxsa biz ittifaqdan çəkiləcəyik və digərlərini qorumayacağıq”, – deyə nəşr ABŞ-ın keçmiş prezidentinin sözlərindən sitat gətirib.
O, həmçinin Avropa İttifaqının NATO üzvlərini ittifaqın ÜDM-sinin 2% hədəfindən iki dəfə çox müdafiəyə xərcləməyə çağırıb və Vaşinqtonun müttəfiqlərinin çoxunun Birləşmiş Ştatlara uzun illər ərzində böyük məbləğdə pul borcu olduğunu xatırladıb.
Sammit zamanı Tramp Almaniya rəhbərliyinin miqrasiya siyasətinin mənfi nəticələrinə də işarə edib. Onun hesablamalarına görə, ölkədə miqrantların çox olması gələcəkdə onun təhlükəsizliyi üçün potensial təhlükə yaradır.