Bir həyat dərsi alır kəlmələrindən bu həyat,
Sən səfa aləmisən, qəlblərə həmdəm, “Füyuzat”.
Çağlayan ümmana bənzər yazılan hər vərəqin,
Bəzəyib ömrümüzü, hər gəlişin oldu büsat.
Tutacaq əl-ələ millət yenə dövrəndə sənin,
Birliyin bəhrəsidir: səy eləyən tapdı nicat.
Gül açan arzuların gülzarı ol dünyadə,
Sıxmasın qəlbini qəmlər, yaşayıb arzuna çat.
Dedilər nəşr olunub tazə nübarın. Təbrik!
Ola kaş Munisə qismət təzə nömrən, “Füyuzat!”
Gülarə Munis



