Xəbərlər

“Füyuzat” dərgisinin 136-cı sayı işıq üzü görüb

“Həyat Füyuzatdır” demirik, “Həyat Füyuzata meyildir” deyirik!.. – şüarı ilə çap olunan “Füyuzat” dərgisinin növbəti sayı işıq üzü görüb. Mübariz Yunusun baş redaktorluğu ilə nəşr olunan dərginin yeni sayında müxtəlif ədəbi-bədii yazılar, siyasi təhlillər, tarixi faktlarla zəngin məqalələr yer alıb.

Jurnalın 136-cı sayında Mübariz Yunusun “Baş redaktordan” sərlövhəli yazısı, Mahir Qəribovun “Ağaoğlunun “Sirati-Müstəqim” qəzetindəki yazıları”, Ergün Ucatürkün “Azərbaycan Cümhuriyyətinin beynəlmiləl arenadakı həssaslığı”, Firdovsiyyə Əhmədovanın “Milli məfkurənin fədakar mücahidi”, Elmin Nurinin “Milli şüurun təhsil resepti”, Muxtar Cəfərlinin “Əzəl nəqqaşı”, Məsməxanım Qubadovanın “Millətçi xristianlara sülh və ədalətin yolunu göstərən jurnalist”, Sübhan Talıblının “1918-ci il Neftçala soyqrımı”, Arzu Həsənzadənin “Jurnalistikada tənqid mədəniyyəti Əli bəy Hüseynzadə təcrübəsində” yazıları və Fidan Vahidin “İpək yaylıq” hekayəsi ilə tanış ola bilərsiniz.

Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşa və ya sadəcə keçid vasitəsilə abunə ola bilərsiniz.

Xoş mütaliələr!