Xəbərlər

“Füyuzat” dərgisinin 143-cü sayı işıq üzü görüb

“Həyat Füyuzatdır” demirik, “Həyat Füyuzata meyildir” deyirik!.. – şüarı ilə çap olunan “Füyuzat” dərgisinin növbəti sayı işıq üzü görüb. Mübariz Yunusun baş redaktorluğu ilə nəşr olunan dərginin yeni sayında müxtəlif ədəbi-bədii yazılar, siyasi təhlillər, tarixi faktlarla zəngin məqalələr yer alıb.

Jurnalın 143-cü sayında Mübariz Yunusun “Baş redaktordan” sərlövhəli yazısını, Elçin Bilaloğlunun “Azərbaycan–Çin münasibətləri” başlıqlı təhlilini, Orxan Vəliyevin “Ana dil” adlı məqaləsini, Füzuli Sabiroğlunun “İrəvanda qalan irsimiz”, Əkbər Qoşalının “Təfəyyüz və “Füyuzat” adlı araşdırmalarını, Muxtar Cəfərlinin “Ruhun qurtuluş çağırışı – hürriyyət” adlı məqaləsini, Əli Ağaoğlunun “Robotlar şəhəri – NEOM” başlıqlı araşdırmasını, Ruslan Quliyevin “Qafqaz almanının həyat hekayəsi”, İqrar Mədətlinin “Dərd” adlı məqalələrini, Əkbər N.Nəcəfin “Babailik – tarixdə ilk qızılbaş hərəkatı” başlıqlı tarixi araşdırmasını, Ülviyyə Rəhmanın “Görünməyən imzalar” adlı məqaləsini və Hüseyn Cavidin “Qoca bir türkün vəsiyyəti”ni Fidan Vahidin təqdimatında oxuya bilərsiniz.

Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşa və ya sadəcə keçid vasitəsilə abunə ola bilərsiniz.

Xoş mütaliələr!