Jurnalın 146-cı sayı “Redaksiyadan” sərlövhəli yazı ilə açılır. Dərgidə
Elnarə Akimovanın “I Türkoloji Qurultayın 100 ili: türk ruhunun qələbəsi” adlı məqaləsini, Tural İsmayılovun “Zəfər – Tarixə yazılan iradə” başlıqlı araşdırmasını, Orxan Vəliyevin “Azərbaycanda elm – sosial elmlər” adlı məqaləsini, Səbinə və Səbirə Nemətzadənin “Tuğra” başlıqlı yazısını, Ramiz Rövşənin “Bir bədəndə neçə can…” adlı şeirini, Muxtar Cəfərlinin “Həyatın “kaş ki” ləri başlıqlı məqaləsini, Əkbər Qoşalının “Türk mədəniyyətinin qədimdən günümüzə yolu” və Vahid İbayevin “Bir fotonun tarixçəsi” adlı araşdırmalarını, İqrar Mədətlinin “Qaranlıq dünyanın aydın insanları” başlıqlı məqaləsini, Sübhan Talıblının “Təbriz: Tarixi və maddi-mənəvi irs” adlı araşdırmasını və Fidan Vahidin “Daş sancısı” hekayəsini oxuya bilərsiniz.
Dərgini Zahid Xəlilov küçəsi 43 ünvanında yerləşən “Litera” kitab evindən əldə edə bilərsiniz. Qeyd edək ki, dərginin elektron versiyasını litres.az saytına müraciət edərək oxumaq mümkündür. Keçid vasitəsilə isə dərgiyə illik abunə ola bilərsiniz.
Xoş mütaliələr!



