“Həyat Füyuzatdır” demirik, “Həyat Füyuzata meyildir” deyirik!.. – şüarı ilə çap olunan “Füyuzat” dərgisinin növbəti sayı işıq üzü görüb. Mübariz Yunusun baş redaktorluğu ilə nəşr olunan dərginin yeni sayında müxtəlif ədəbi-bədii yazılar, siyasi təhlillər, tarixi faktlarla zəngin məqalələr yer alıb.
Jurnalın 135-ci sayında Mübariz Yunusun “Baş redaktordan” sərlövhəli yazısı, Elçin Bilaloğlunun “Bizim ailəmiz türk dünyasıdır”, Firdovsiyyə Əhmədovanın “Milli məfkurəmizin fədakar mücahidi”, Arzu Həsənzadənin “Erməni yalanlarına qarşı informasiya müharibəsi”, Muxtar Cəfərlinin “İdrak səltənətinin qızıl tacı – ağıl”, Cavid İsmayılın “27-ci komissar”, Qərənfil Dünyaminqızının “Ağaoğlu yaradıcılığında qadın”, Fidan Vahidin “Həmid Nitqi Aytan – kədərin gülümsəyən işığı”, Məsməxanım Qubadovanın “Teatrımızın inkişafı – Ə.Hüseynzadə və Lord Bayron” və Azadə Novruzovanın “Qarlı günlərdən…” yazıları ilə tanış ola bilərsiniz.
Dərgini əldə etmək üçün müxtəlif kitab evlərinə yaxınlaşa və ya sadəcə keçid vasitəsilə abunə ola bilərsiniz.
Xoş mütaliələr!