11 oktyabr 2023-cü il tarixində Mətbuat Şurasının İdarə Heyəti və üzvlərinin iştirakı ilə iclas keçirilib. İclasda “Füyuzat” jurnalının Şuraya üzvlüyü müzakirə edilib.
İclas Mətbuat Şurasının sədri Rəşad Məcidin açılış nitqi ilə başlayıb. Rəşad Məcid jurnalın Şuraya üzvlüyünü iclas iştirakçılarının müzakirəsinə açıq elan edib.
İclasda çıxış edən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı, Mətbuat Şurası sədrinin müavini Vüqar Zifəroğlu və BDU-nun Jurnalistika fakültəsinin professoru Qulu Məhərrəmli “Füyuzat” jurnalının fəaliyyəti barədə geniş bilgilərini digər iclas iştirakçıları ilə bölüşüblər.
Müzakirədə iştirak edən jurnalistlər “Füyuzat”ın mətbuat tariximizdəki önəmindən bəhs edib və dərginin müasir mətbuatımızdakı yerini yüksək qiymətləndirərək “Füyuzat” jurnalının Mətbuat Şurasına üzvlüyünü təqdirəlayiq hesab ediblər.
Qeyd edək ki, son iki il ərzində istər onlayn, istərsə də çap mediası olaraq Mətbuat Şurasına üzv qəbul edilən tək mətbu orqan “Füyuzat” jurnalıdır.