Bu gün 1906–1907-ci illərdə dərc olunan “Füyuzat” məcmuəsinin yazarı İbrahim Tahir Musayevin nəvəsi Akif Quliyev “Füyuzat” redaksiyasının qonağı olub.
Qonağı “Füyuzat” jurnalının məsul redaktoru Samir Ramizoğlu və bədii redaktor Ülviyyə Rəhman qarşılayıb.
Görüş əsnasında İbrahim Tahir Musayevin həyat və yaradıcılığından, gördüyü işlərdən, “Füyuzat” jurnalındakı yaradıcılıq nümunələrindən və s. bəhs edilib. Qonaq Akif Quliyev babası haqqında xatirələrini dərgi heyəti ilə bölüşüb.
Qeyd edək ki, Akif Quliyev redaksiya heyətinə İbrahim Tahirin tərcümə və əsərlərini hədiyyə edib. Redaksiya heyəti isə qonağa təşəkkür edərək MİMTA Fondunun təsis etdiyi “İşıq” və “Füyuzat” jurnallarının nüsxələrini, həmçinin Fond tərəfindən transliterasiya edilən “Dirilik” məcmuəsini hədiyyə edib.
Qeyd edək ki, daha öncə “Füyuzat” dərgisinin “YouTube” kanalı olan “FÜYUZAT tv”də mərhum şair İbrahim Tahir Musayev haqqında reportaj da hazırlanıb: https://youtu.be/4fFswbSK6Cg?si=94q9PUb_hb4N99Pe

İbrahim Tahir Musayev



