Xəbərlər

G20-nin dövri prezidentliyini Cənubi Afrikaya keçib

Braziliya prezidenti Luis İnasio Lula da Silva ölkəsinin ev sahibliyi etdiyi G20-nin dövri prezidentliyini Cənubi Afrika prezidenti Siril Ramafosaya təhvil verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat paylaşıb.

Lula da Silva G20 Liderlər Sammitinin bağlanışında etdiyi çıxışında Braziliyanın zirvə toplantısında əldə etdiyi nailiyyətləri vurğulayıb.

G20-nin dövri prezidentliyini Cənubi Afrika Prezidenti Ramafosa təhvil verən Lula da Silva sammitdə G20 Sosial Sammitinin təşkil edilməsi, Çoxtərəfli İnkişaf Banklarının (BMD) gücləndirilməsinə dair yol xəritəsi, Afrika və xarici borcla bağlı müzakirələr, qadınların səlahiyyətləndirilməsi üzrə işçi qrupunun yaradılması, etnik və irqi bərabərlik məsələlərinə həsr olunmuş Dayanıqlı İnkişaf Məqsədinin qəbul edilməsi kimi mühüm addımlar atdıqlarını bildirib.