“Bazar ertəsi Rio-de-Janeyroda başlayacaq G20 sammitində 40-dan çox ölkə iştirak edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Braziliya Prezidenti Luiz İnasiu Lula da Silva deyib.
“Əhəmiyyətli olan odur ki, Braziliyada keçiriləcək G20 sammitində 42 ölkə iştirak edəcək. Aclıq və yoxsulluqla mübarizəni müzakirə etməklə yanaşı, ölkəmizin böyük üstünlüyə malik olduğu mövzu olan enerji keçidindən də danışacağıq. Həmçinin qlobal idarəçilik kimi, qərarlarına hörmət edilməsini təmin etmək üçün BMT-nin islahatlara ehtiyacı var”, – Prezident bildirib.