Xəbərlər

G7 sammitində Rusiya–Ukrayna və İsrail–HƏMAS münaqişələri müzakirə olunacaq

G7-nin onlayn sammitində Rusiyanın Ukraynaya hücumları və İsrail–HƏMAS münaqişəsi müzakirə olunacaq.

“Füyuzat”ın məlumatına görə, bunu Yaponiya Nazirlər Kabinetinin Baş Katibi Matsuno Hirokazu mətbuat konfransında bildirib.

O qeyd edib ki, Yaponiyanın baş naziri Kişida Fumio bu gün G7 liderlərinin onlayn sammitini təşkil edəcək.

Matsuno bildirib ki, G7 liderləri görüş zamanı müxtəlif məsələləri, o cümlədən Rusiyanın Ukraynaya hücumları, İsrail-HƏMAS münaqişəsi və süni intellekt mövzusunu müzakirə edəcəklər.

“Beynəlxalq ictimaiyyəti narahat edən mühüm məsələlər, indiyə qədər görülən işlərin xülasəsi müzakirə olunacaq və G7 əməkdaşlığı təsdiqlənəcək”, – deyən Matsuno Ukrayna prezidenti Volodimir Zelenskinin sammitdə onlayn şəkildə iştirakının planlaşdırıldığını bildirib.