Xəbərlər

Gələn il fəsillərin Azərbaycana daxilolma vaxtları açıqlanıb

Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası gələn il üçün fəsillərin Azərbaycana daxilolma vaxtlarını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, gələn il yaz fəslinin Azərbaycana daxil olması martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-ə təsadüf edəcək.

Yay fəsli (Yay günəş duruşu) Azərbaycana iyunun 21-i Bakı vaxtı ilə saat 12:24:26-da daxil olacaq. 

Gələn il payız fəslinin Azərbaycana daxil olması sentyabrın 23-ü Bakı vaxtı ilə saat 04:05:08-ə təsadüf edəcək. 

2026-cı ildə qış fəsli Azərbaycana Bakı vaxtı ilə dekabrın 22-si saat 00:50:09-da daxil olacaq.