Xəbərlər

Gəncədə “Nizami günləri” keçiriləcək

Mədəniyyət Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Gəncə şəhərində 11-15 sentyabr tarixlərində dahi Azərbaycan şairi və mütəffəkiri Nizami Gəncəvinin xatirəsinə həsr olunmuş “Nizami günləri” keçiriləcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə Filarmoniyadan məlumat verilib.

Məlumata görə, “Nizami günləri” çərçivəsində Nizami Gəncəvinin həyat və yaradıcılığına həsr olunmuş elmi konfrans, şairin şeirlərindən ibarət “Qiraət axşamı”, muğam və klassik romanslardan ibarət konsert proqramı, Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının rəqs heyətinin konserti, Əfrasiyab Bədəlbəylinin “Nizami” operası nümayiş etdiriləcək.

Qeyd edək ki, “Nizami günləri” dahi şair Nizami Gəncəvinin məqbərəsinin önündə baş tutacaq.