Xəbərlər

Geo TV: Asayişi təmin etmək üçün İslamabada ordu cəlb edib

Pakistan Daxili İşlər Nazirliyi paytaxtda təhlükəsizliyi təmin etmək üçün ordu hissələrinin İslamabada yeridildiyini açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Geo” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, hakimiyyət hərbi qulluqçulara təşviqatçılara və fitnə-fəsad törədənlərə qarşı qətiyyətlə hərəkət etmək səlahiyyəti verib, eyni zamanda onlara “iğtişaşçıları yerindəcə güllələmək kimi ekstremal tədbirlər” görməyə icazə verib.