“Oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində Dövlət Departamentinin Gürcüstanda yüksək vəzifəli məmurlara qarşı sanksiyaları seçki prosesinə müdaxilədir”.
“Füyuzat”ın məlumatına görə, bunu parlament çoxluğunun üzvü Givi Mikanadze deyib.
“Sentyabrın 16-da Dövlət Departamentinin saytında heç bir dəlil və arqument olmadan Gürcüstan Daxili İşlər Nazirliyinin Xüsusi Təyinatlar Departamentinin rəhbəri və onun müavininə qarşı sanksiyalar tətbiq etdiyi barədə məlumat dərc edilib. ABŞ-ın seçkiqabağı dövrdə yüksək vəzifəli dövlət və bələdiyyə məmurları, parlament üzvləri, onların ailələri üçün viza məhdudiyyətləri seçki prosesinə müdaxilə və seçicilərin iradəsinə təsir göstərmək cəhdidir”, – Mikanadze brifinqdə bildirib.