“Gürcüstan hökuməti ABŞ-la münasibətləri bərpa etmək niyyətindədir, çünki Vaşinqtonla münasibətlər Tbilisi üçün xüsusilə vacibdir”.
“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd Maka Boçorişvili deyib.
“Gürcüstan hökuməti üçün ABŞ ilə strateji tərəfdaşlıq prioritetdir.
Strateji Tərəfdaşlıq Xartiyası ilə müəyyən edilmiş bütün prioritet sahələr bizim vəzifəmizdir. Burada bizim ABŞ-la münasibətlərimizin bütün sahələrində bərabərhüquqlu və ədalətli münasibətlər, tərəflərin maraqları tam nəzərə alınmaqla əməkdaşlığın yenilənməsi və inkişafı nəzərdə tutulur”, – Boçorişvili bildirib.