Xəbərlər

Gürcüstan ABŞ-la münasibətlərin bərpasına sadiq olduğunu bildirib

“Gürcüstan hökuməti ABŞ-la münasibətlərin yenidən qurulmasına töhfə verməkdə qərarlıdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

“Gürcüstan hökuməti 2020-ci ildən sonra baş verən hadisələr fonunda ABŞ-la münasibətlərin yenidən qurulmasına töhfə verməkdə qərarlıdır. Biz ümid edirik ki, Gürcüstan-Amerika münasibətlərinin dərinləşməsi mümkün olacaq. Bu, Gürcüstan üçün strateji əhəmiyyət kəsb edir”, – Kobaxidze bildirib.