Gürcüstan parlamentinin Xarici Əlaqələr Komitəsinin rəhbəri Nikoloz Samxaradze Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla görüşündə Avropa İttifaqına (Aİ) inteqrasiya təcrübəsini İrəvanla bölüşməyə hazır olduqlarını bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstanın qanunverici orqanının mətbuat xidməti məlumat yayıb.
“Nikoloz Samxaradze bir daha qeyd edib ki, gürcü tərəfi Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə töhfə verməyə və Aİ-yə inteqrasiya təcrübəsini bölüşməklə Ermənistana kömək etməyə hazırdır”, – məlumatda bildirilib.