Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan vətəndaşları da daxil olmaqla 33 nəfəri miqrasiya qanunlarını pozduqları üçün ölkədən çıxarıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Gürcüstanın DİN-i məlumat yayıb.
Qeyd edilib ki, qovulanlar arasında İran, İordaniya, Hindistan, Türkiyə, Misir, Azərbaycan, Avstraliya, Pakistan, Nigeriya, Çin, İraq və Rusiya vətəndaşları var.