Xəbərlər

Gürcüstan Hava Yolları İsrailə uçuşları bərpa edəcək

Gürcüstanın milli aviadaşıyıcısı “Georgian Airways” 2023-cü ilin oktyabrında HƏMAS hərəkatının silahlılarının hücumundan sonra dayandırılan İsrailə müntəzəm reysləri aprelin 20-dən bərpa edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Tbilisi-Təl-Əviv-Tbilisi marşrutu üzrə müntəzəm uçuşlar hər gün Boeing 737-700 və Boeing 737-800 təyyarələri ilə həyata keçiriləcək.

Bir tərəfə biletlərin qiyməti 140 avrodan başlayacaq.