Müxalifət aksiyasının iştirakçıları çadırlar quraraq Gürcüstan parlamentinin binası qarşısında qalmağa davam edirlər.
“Füyuzat”ın məlumatına görə, bu barədə TASS-ın müxbiri məlumat yayıb.
Parlament seçkilərinin nəticələrinə etiraz aksiyası noyabrın 24-də axşam saatlarında qanunvericilik binası yaxınlığında başlayıb
Müxalifət liderlərinin daha əvvəl bildirdiyi kimi, etiraz aksiyası bütün gecə davam edib.
Noyabrın 25-də parlamentin spikeri və vitse-spikerlərinin, eləcə də komitə rəhbərlərinin təsdiqi planlaşdırılır.